Eddi İsrafilov İspaniya Sequndasında Rayo Valyekano” ilə matçda zədələnib

İspaniya Sequndasında 8-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin üzvü Eddi İsrafilovun formasını geyindiyi “Kadis” səfərdə “Rayo Valyekano” ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb – 0:3. Yarımmüdafiəçimiz start heyətdə meydana çıxıb. O, 68-ci dəqiqədə zədələnərək meydanı tərk edib.

Bu üzdən onun qarşıdakı Norveç və Çex Respublikası komandaları ilə seçmə mərhələ oyunlarında iştirakı sual altına düşüb. Qeyd edək ki, “Kadis” 8 turdan sonra 8 xalla 22 klub arasında 17-ci sıradadır.

Həmin kateqoriyadan