Eddi İsrafilov “Kadis” klubuna keçidindən danışıb

Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilov İspaniyanın “Kadis” klubuna transferi ilə bağlı bəzi sualları cavablandırıb. Allsport.az saytı sizi həmin açıqlamalarla tanış edir:

– “Kadis”ə keçidiniz necə alındı?
– Klubun idman direktoru Xuan Karlos Kordero ilə, eləcə də Kike Pinoyla münasibətlərim çox yaxşıdır. Bu insanların harada olmasından asılı olmayaraq, yaxşı işlər gördüyünü bilirəm. “Kadis”ə keçməklə də oyunçi kimi artıracağıma əmin olduğum üçün bu klubu seçdim.

– Sequnda liqaqada təcrübəniz var. Komandaya kömək edə biləcəksiniz?
– Sequndada hər şey tam fərqlidir. Burada hər detala xüsusi diqqət yetirmək lazımdır. Meydanın mərkəzində böyük işlər görə biləcəyimi bilirəm. Bu mənada həm müdafiə, həm də hücum xəttinə köməyim dəyə bilər.

– Sizin İngiltərə klubuna keçəcəyiniz gözlənilirdi…
– Bəli, doğrudur. İngiltərə klubuna keçməyə çox yaxın idim. Amma bəzi səbəblərdən bu danışıqlar uğurlu yekunlaşmadı. Amma “Kadis”də olduğum üçün xoşbəxtəm.

– Meydanda əsas üstünlüyünüz nədir?
– Özümü çalışqan futbolçu hesab edirəm. Baş məşqçinin hər bir tapşırığını yerinə yetirməyə çalışıram. Komanda yoldaşlarıma görə özümü meydanda qurban verməyə hazıram.

– Hansı mövqedə özünüzü daha rahat hiss edirsiniz?
– Meydanın mərkəzində. Daha çox hücumda və ya müdafiədə vaxt keçirməyimdə heç vaxt problem görmürəm. Bu mənada universal olduğumu deyə bilərəm.

– Yeni şəhər və klub barədə nə bilirsiniz?
– “Kadis”də oynamış, oynayan tanış futbolçularla söhbətləşdim və hamısı müsbət fikirlər söylədilər. Özüm də bəzi məqamları diqqətlə araşdırdım və gördüm ki, klubun gələcəklə bağlı dəqiq planları var.

Həmin kateqoriyadan