Eddi İsrafilov “Kadis”də siftə edib

İspaniya Sequndasında 2-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovun çıxış etdiyi “Kadis” doğma meydanda “Malyorka” ilə qarşılaşıb.

Bu görüşdə qalib müəyyənləşməyib – 1:1. Futbolçumuz yeni komandasında debüt edib. O, hesab 1:1 olarkən, 79-cu dəqiqədə meydana çıxıb. “Kadis” 2 turdan sonra 2 xalla 22 klub arasında 12-ci yerdədir.

Həmin kateqoriyadan