Eddi İsrafilovsuz “Eybar” xal itkisi ilə üzləşdi

İspaniya La Liqasında 12-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası – “Eybar” da növbəti matçına çıxıb.

Sözügedən klub səfərdə “Vilyarreal” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdə 1:1 hesablı heç-heçəyə razılaşıb. İsrafilov bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Qeyd edək ki, “Eybar” hazırda 20 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Həmin kateqoriyadan