Eddi İsrafilovun komandası evdə “Malaqa”ya böyük hesabla yenilib

İspaniya Sequndasında 35-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, millinin yarımmüdafiəçisi Eddi İsrafilovun çıxış etdiyi “Alkorkon” doğma meydanda “Malaqa”ya 1:4 yenilib.

Futbolçumuz görüşün iştirakçısı olmayıb. Onun adı iştirak ərizəsinə də daxil edilməyib. “Sarı qızdırma” 22 klub arasında 11-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan