Eddi İsrafilovun komandası evdə “Osasuna”ya qol vura bilməyib

İspaniya Sequndasının 36-cı turunda millinin yarımmüdafiəçisi Eddi İsrafilovun yer aldığı “Alkorkon” doğma meydanda “Osasuna” ilə qolsuz heç-heçə edib.

Allsport.az saytı xəbər verir ki, futbolçumuz startda meydana çıxıb və sonadək meydanda olub.

“Sarı qızdırma” 51 xalla 22 klub arasında 11-ci sıradadır.

Həmin kateqoriyadan