Eddi İsrafilovun komandası evdə qolsuz heç-heçə edib

İspaniya Sequnda liqasında 9-cu turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin üzvü Eddi İsrafilovun çıxış etdiyi “Kadis” doğma meydanda “Jirona” ilə qarşılaşıb.

“Sarı mənzərəçilər” bu görüşdən heç-heçə ilə ayrılıb – 0:0. Yarımmüdafiəçimiz hazırda millimizin düşərgəsində olduğundan, həmin matçda iştirak etməyib. “Kadis” 9 turdan sonra 9 xalla 19-cudur.

Həmin kateqoriyadan