Eddi İsrafilovun komandası səfərdə məğlub olub

İspaniya Sequndasında 3-cü turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Kadis” səfərdə “Mirandes”lə qarşılaşıb.

Qonaqlar bu görüşdən məğlubiyyətlə ayrılıblar – 2:3. Futbolçumuz hazırda millimizin düşərgəsində olduğu üçün, komandasına bu oyunda kömək edə bilməyib.

“Kadis” 3 turdan sonra 2 xalla 22 klub arasında 16-cı pillədədir.

Həmin kateqoriyadan