Edi Reski 1/4 finalda uduzdu

Badmintonçumuz Edi Reski Dviçayo Qazaxıstanın Uralsk şəhərində “CONDENSATE Kazakhstan International Series 2019” turnirində çıxış edib.

Allsport.az xəbər verir ki, kişilərin şəxsi yarışında mübarizəyə 1/16 final mərhələsindən qoşulan Edi ilk görüşündə Qazaxıstan badmintonçusu Vyaçeslav Vlassova 2:0 (21-13,21-8) hesabı ilə qalib gəlib. Dviçayo 1/8 final mərhələsində Avstraliya təmsilçisi Keiz Mark Edisonu 2:0 (21-15,21-15) hesabı ilə məğlub etməklə turnirdə ardıcıl ikinci qələbəsini qazanıb. Edinin 1/4 finalda turnirin qalibi Ditlev Jaeger Holmla görüşü 3 set davam edib. Badmintonçumuz gərgin keçən oyunda danimarkalı rəqibinə 1:2 (21-14,19-21,21-17) hesabı ilə uduzub.

Həmin kateqoriyadan