Edi Reski 1 mərhələ adladı

Azərbaycan badmintonçuları İndoneziyanın Malanq şəhərində keçirilən yarışda çıxışlarını başa vurublar. Allsport.az saytı xəbər verir ki, mübarizəyə əsas mərhələdən başlayan Edi Reski Dviçayo 1/32 finalda malayziyalı Eveşqaran Vasiqaran üzərində 2:0 hesablı qələbə qazanıb.

O, növbəti mərhələdə yerli İkhsan Leonardo İmanuel Rumbayla qarşılaşıb. 3 set davam edən görüşdə milli üzvü rəqibinə 1:2 hesabı ilə uduzub.

Ezmi Qovimuradhoni isə əsas mərhələdə indoneziyalı Visnu Yuli Prasetyoya 0:2 hesabı ilə məğlub olub.

Həmin kateqoriyadan