Edu mövsümü erkən başa vurdu

AzAL-ın braziliyalı legioneri Edu ağır zədələnib. Allsport.az xəbər verir ki, tam adı Eduardo Konseysao Masiel olan “6” nömrə 19-cu turda əvəzedici komandanın heyətində “Neftçi”yə qarşı görüşdə sıradan çıxıb.

Həmin matçda hesabı açan Edu ikinci yarının əvvəlində meydanı xərəkdə tərk edib. MRT müayinəsindən sonra onun sağ dizinin ön çarpaz bağlarında tam qopma aşkarlanıb.

Bu isə braziliyalının mövsümü başa vurması deməkdir. Yaxın günlərdə Edu əməliyyat olunmaq üçün Türkiyəyə getməli olacaq.

Həmin kateqoriyadan