EHF nümayəndəmiz Türkiyə – Rusiya matçında

Ölkəmizin yeganə EHF nümayəndəsi İsgəndər Əsgərov yeni təyinat alıb. Mütəxəssis allsport.az saytına bildirib ki, o, oktyabrın 11-də Avropa çempionatının 6-cı seçmə qrup mərhələsində qadın həndbol komandaları arasında keçiriləcək Türkiyə – Rusiya matçında hakimlərə nəzarə edəcək.

Bu oyunun referiləri Bosniya və Herseqovinadan olan Sasa Pandzic və Birisi Satorziyadır. Nəzərinizə çatdıraq ki, görüş saat 17:00-da TRT-3 və «NTV+» telekanalları vasitəsi ilə canlı göstəriləcək. Qadın əl topu ustalarının Avropa çempionatının final mərhələsi 4-18 dekabr 2016-cı ildə İsveçdə baş tutacaq.

Həmin kateqoriyadan