EHF nümayəndəsimiz avrokuboka yeni təyinat alıb

Ölkəmizin yeganə EHF nümayəndəsi İsgəngər Əsgərov növbəti təyinat alıb. Allsport.az saytı xəbər verir ki, o, Avropa Həndbol Federasiyasının kuboku çərçivəsində noyabrın 22-də Rusiyada qadınlar arasında yerli «Astraxanoçka» və OFN (Yunanıstanın) görüşündə hakimlərə nəzarət edəcək.

Tanınmış mütəxəssis saytımıza deyib ki, ayın 2-də kişilərin Gürcüstan – Estoniya milli matçında olub. Buna qədər EHF kubokunda «Bursa Bələdiyyəsi» – «Nülufər» oyunlarında referilrin işinə qiymət verib.

 

Həmin kateqoriyadan