Ehtiyat cüdoçularımız Avropa kubokuna yollanır

Mayın 12-13-də Rusiyanın Orenburq şəhərində cüdo üzrə Avropa kuboku keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışa 16 ölkədən 300-dən çox tatami ustası qatılacaq.

Bu sınaqda Azərbaycanı Mehman Sadıqov, Kəramət Hüseynov, Oruc Vəlizadə, Tofiq Məmmədov (hamısı – 60 kq), İlkin Babazadə (66 kq), Telman Vəliyev (73 kq), Fəqan Quluzadə, Naim Hüseynov (hər ikisi – 81 kq), Abdulhəqq Rəsullu (90 kq) və Cəlil Şükürov (+100 kq) təmsil edəcəklər.

 

Həmin kateqoriyadan