“Elazığspor” futbolçumuzu cəzalandırdı

Türkiyənin “Elazığspor” klubunun baş məşqçisi Ümit Özat komandanın üç futbolçusu ilə bağlı gözlənilməz qərar qəbul edib. Allsport.az xəbər verir ki, onların arasında “Neftçi”nin sabiq yarımmüdafiəçisi Cavid İmamverdiyev də var.

Bir neçə gün öncə komandasının uğursuz çıxışına görə istefa versə də, klub rəhbərliyi tərəfindən postundan saxlanılan baş məşqçi geri dönən kimi sərt qərarlar qəbul edib. Bu qərarlardan biri də komandanın aparıcı futbolçularından üçünün cəzalandırılması olub. Bunlar Fabio Biliça, Franko Kangele və Cavid İmamverdiyevdir. Hər üç futbolçu son dövrlərdə özlərini yaxşı tərəfdən göstərə bilmədiyinə görə əsas komandanın məşqlərindən kənarlaşdırılıb. Onların nə zaman geri qaytarılacağı barədə məlumat verilmir.

Qeyd edək ki, İmamverdiyev “Elazığspor”a ötən ilin sentyabr ayında keçmişdi və Türkiyə klubu ilə bir illik müqavilə imzalamışdı. 24 yaşlı yarımmüdafiəçi bu komandada keçirdiyi 19 oyunda 2 qola imza atıb.

Həmin kateqoriyadan