Elçin Əsədov: Hər gün ən azı 1 köynək qazanmağa çalışacağıq

Bu gün ənənəvi “Tour d’Azerbaidjan-2016” beynəlxalq veloturu start götürüb. Allsport.az saytı xəbər verir ki, ölkəmizi bu yarışda “Sinerji-Baku” təmsil edir. Komandanın azərbaycanlı üzvü Elçin Əsədov azerisport.az-a açıqlamasında yürüş barəsində bunu söyləyib:

“Hər il Tur de Azərbaycana yüksək səviyyədə hazırlaşırıq. Evdə azarkeşləri sevindirməyə çalışırıq. Məsuliyyətimiz böyükdür. Xorvatiyada komanda hesabında 1-ci olduq. Bu uğuru burda da təkrarlamağa çalışacağıq. Ən çox 2-ci mərhələdə şanslarımızı yüksək dəyərləndiririk.

Çünki Bakı-İsmayıllı marşrutu çox çətin etapdır. Enişi-yoxuşu çoxdur. Hər gün ən azı 1 köynək qazanmağa çalışacağıq. Mənim əsas vəzifəm yürüş zamanı komandanın yeni üzvlərinə dəstək olmaq, onlara nəzarət etməkdi. Ən çox 3-cü mərhələdə fərqlənmək şansım var. Bu gün Maksim Averini finişə 1-ci çatdırmağa çalışacağıq”.

Həmin kateqoriyadan