Elçin Əsədov Tokio-2020-yə daha 3 lisenziya xalı qazanıb

Ukraynanda 1.2 kateqoriyalı 1-günlük “Çabanı turu” keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda Azərbaycanın elit yığmasının 2 üzvü – Ukraynan “Lvov”undan Elçin Əsədov və Belarusun “Minsk” kontinental klubundan Samir Cəbrayılov da mübarizə aparıblar.

Adı ilk çəkilən həmyerlimiz 133 km məsafəni 3 saat 20 dəqiqə 27 saniyəyə qət edərək finiş xəttini 10-cu keçib və bununla da Tokio-2020-yə daha 3 lisenziya xalı qazanıb. Yeri gəlmişkən, Elçin həm də şərəfini qoruduğu “Lvov” komandasının yarışda iştirak edən üzvləri içərisində ən yüksək nəticə göstərib.

“Minsk” klubunun heyətində çıxış edən Samir Cəbrayılova gəlincə, o 17-ci olub. Diqqət çəkən daha bir məqam starta çıxan 89 iştirakçıdan yalnız 39-nun finişə çata bilməsidir. Qarşıdakı günlərdə velosipedçilərimizi Ukraynada keçiriləcək və Olimpiadaya lisenziya xalları verəcək 1.2 kateqoriyalı daha 3 yarış gözləyir.

Həmin kateqoriyadan