Elçin İsmayılovlu cüdo millimiz Avropa birinciliyinin komanda yarışında da qalib olub

Sloveniyanın Maribor şəhərində gənc cüdoçuların Avropa birinciliyində komanda yarışı keçirilib.

Allsport.az saytı xəbər verir ki, 3 qızıl, 2 gümüş və 2 bürünc medalla ümumi hesabda 1-ci olan Elçin İsmayılovun dəstəsi kollektiv rəqabətdə də Ukrayna, Finlandiya, İtaliya və Gürcüstan yığmalarını yenərək, baş mükafata sahib çıxıblar.

Millimizin məşqçilər heyətinin üzvlərinə və cüdoçularımıza qitə birinciliyinin qızıl medalları təqdim olunub. Cüdoçularımızın şərəfinə Sloveniyada Azərbaycanın dövlət himni səsləndirilib, üçrəngli bayrağımız qaldırılıb.

Həmin kateqoriyadan