Elçin İsmayılovlu gənc cüdo millimizdən dünya birinciliyində növbəti qızıl medal!

Xorvatiyanın paytaxtı Zaqrebdə gənc cüdoçuların dünya birinciliyi başa çatıb. Allsport.az saytı xəbər verir ki, yarışın son, 4-cü günü də Azərbaycan millisi üçün uğurlu olub.

100 kq-da çıxış edən Zelim Kotsoyev finalda rusiyalı həmkarına da qalib gələrək fəxri kürsünü ən yüksək pilləsinə çıxıb.

Buna qədər Elçin İsmayılovun komandasından Hidayət Heydərov (73 kq) qızıl, Natiq Qurbanlı (55 kq) və Kəramət Hüseynov (60 kq) gümüş və Nəzakət Əzizova (52 kq) bürünc medal qazanıblar.

Həmin kateqoriyadan