Eldəniz Əzizli: Dünya çempionatında da bu uğuru təkratlamaq niyyətindəyəm

Rusiya Federasiyasının Dağıstan Respublikasının Kaspiysk şəhərində Avropa çempionatında yunan-Roma güləşçi Eldəniz Əzizli 55 kq-da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Allsport.az saytı xəbər verir ki, o, qələbədən sonra sevincini belə bölüşüb:

“Gənclərdə Avropa və düya birinciliyinin qalibi olmuşdum. Amma ustalar arasında belə böyük uğurum yox idi. Düzdür, 2011-ci ilə Almaniyada keçirilmiş eyni yarıçda 3-cü yerə çıxmışdım. Amma çempionluq hissi tamam başqadır.

Hazırda yaxşı formadayam, özünəinamım yüksəkdir. Qarşıdakı dünya çempionatında da bu uğuru təkratlamaq niyyətindəyəm”.

Həmin kateqoriyadan