Eldəniz Əzizli: Yarımfinalda taktiki səhv etdim, tələsdim

Ötən ilk Avropa çempionluğunu bayram edən Eldəniz Əzizli (55 kq) bu dəfə bürünc medalla kifayətləndi. Mükafatlandırmadan sonra “Pilivalent arenası”nda fotosunu çəkəndə üzü gülmədi. Bəlli idi ki, nəticədən elə razı deyildi. Allsport.az saytına o bunun səbəbini açıqladı:

“Yarımfinalda taktiki cəhətdən səhv etdim. İstəyirdim ki, görüşü tez bitirim. Tələsməsəydim, qələbə mənimdi. Hesabda da irəliydim. Rusiyalı rəqibimə 4 ay öncə İran liqasında rahat 10:0 qalib gəlmişdim. Tələskənlik səhvə səbəb oldu, Vitali Kabaloyev də bundan yararlandı.

Avropa və dünya çempionatından sonra üzərimdə göz çox idi. Düşünürəm ki, bu mənə dərs oldu, oturub indi rahat Qazaxıstanda keçiriləcək dünya çempionatına hazırlaşa bilərəm. İnşallah, İslam da qalib olar”.

Kamran HACI, Buxarest

Həmin kateqoriyadan