DÇ-2014
Elmar Alıyev öz qrupunda 3-cü yerə çıxıb

Qazaxıstanın Almatı şəhərində ağırlıqqaldıranlar arasında dünya çempionatına start verilib. Allsport.az saytı xəbər verir ki, bu gün körpücük üzərinə iki Azərbaycan atleti çıxıb. Elmar Alıyev (56 kq) “C” qrupunda mübarizə aparıb.

O, birdən qaldırmada 103 kq, təkanla qaldırmada isə 135 kq nəticə göstərib. Toplamda 238 kq-la idmançımız qrupunda 3-cü yeri tutub. Onun ümumi sıralamda neçənci yer tutacağı bütün qruplarda mübarizə başa çatandan sonra məlum olacaq.

Həmin kateqoriyadan