Elmar Baxşıyev: Layiqli heç-heçə etdik

Premyer liqasının 8-ci turunda “Qəbələ” – “Qarabağ” oyunundan (1:1) sonra mətbuat konfransı olub. Allsport.az saytı sizi ev sahibi komandanın çalışdırıcısı Elmar Baxşıyevin fikri ilə tanış edir:

“Qarabağ” brend klubdur. Oyunun necə çətin keçəcəyini bilirdik. Həftəlik hazırlıq proqramı üzrə komandamızı matça kökləməyə çalışır, hansı taktika ilə oynayacağımız üzərində işləyirdik. Düşünürəm ki, öz oyun üslubumuzu tətbiq edə bildik.

Layiqli heç-heçə etdik. Biz məşqçilər hər gün komanda ilə ünsiyyətdəyik və bəzi komponentlərdə artırdığını görürük. Komanda oyuna hazır idi. Fasilə dövründə yoxlama oyunu da keçirdik. Planlaşdırdığımızı “Zirə” ilə həmin görüşdə də gördük. Bunun davamını da “Qarabağ”la matçda gətirdik.

Komanda heç nəyi dəyişməsək də, futbolçular nəticə qazanmağa inanmağa başlayıb. Onlar bir-birinə inanırlar. Bizim üzərimizə komandanı oyunlara optimal formada gətirmək düşür. Bu uğurun sahibi isə futbolçulardır. “Qarabağ” adı kifayət edir ki, futbolçular maksimum motivasiya, güc və istəklə çıxsınlar, özlərini sübut etməyə çalışsınlar”.

Həmin kateqoriyadan