Elnur Cəfərov Portuqaliya komandasında ilk qolunu vurub

“Tondela” yeni mövsümə hazırlıqda növbəti yoxlama oyunu keçirib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Elnur Cəfərovun komandası bu dəfə Portuqaliyanın aşağı divizion təmsilçisi “Mortaqua” klubu ilə qarşılaşıb.

Oyun “yaşıl-sarılar”ın 4:1 hesablı qələbəsi ilə başa çatıb. Həmyerlimiz bu görüşün iştirakçısı olub. O, həm də komandasının 4-cü qolunu vurub. Bu, futbolçumuzun Portuqaliya klubunun heyətində vurduğu ilk qoldur.

Həmin kateqoriyadan