Elnur Eyvazov: “Neftçi”nin akademiyası da təmir-bərpa olunacaq

“Neftçi”nin hazırda inşası davam etdirilən təlim-məşq bazasını 2019-cu ilin sonunda təhvil verməyi planlaşdırırıq”. Allsport.az saytı verir ki, bunu “Neftçi” klubunun vitse-prezidenti deyib. Elnur Eyvazov sportnet.az-a bildirib ki, burada söhbət təkcə bazanın tikintisindən getmir:

“Əlavə iki yeni süni meydança qurmaq niyyətindəyik. Bildiyiniz kimi, üstüörtülü meydançamız da mövcuddur. Onun yenidən bərpası düşünülür. Bütün işlərimiz yalnız tikinti ilə bağlı olmayacaq. Bəzi işlər də var ki, onlar da öz həllini tapmalıdır. “Neftçi”nin akademiyası dağınıq vəziyyətdədir. Bu məsələni də kompleks şəkildə həll etməyi düşünürük”.

Qeyd edək ki, “Neftçi”nin İsmət Qayıbov adına təlim-məşq bazası Bakıxanov qəsəbəsində, İsmət Qayıbov adına stadionun yerində inşa olunur. ()

Həmin kateqoriyadan