Elnur Məmmədov: Bizim muay tayçılar Tokio olimpiadası-2020-də mübarizə aparacaq

Muay tay üzrə 9-cu Azərbaycan çempionatına start verilib. Allsport.az saytı xəbər verir ki, yeniyetmələr, gənclər və ustalar arasında keçirilən yarışda 300 idmançı 31 çəki dərəcəsində mübarizə aparıb. Açılış mərasimində çıxış edən federasiya prezidenti Azər Həsənsoy idmançılara uğurlar arzu edib. Sonra yarışın təşkilatçısı, “Best of the Best” promoşn qrupunun rəhbəri, K-1-in Azərbaycan üzrə rəsmi nümayəndəsi Elnur Məmmədov iştirakçıları salamlayaraq bu idman növünə olan maraqdan danışıb:

“Muay tay dünyada tanınan və sevilən idman növüdür. Bildiyiniz kimi 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarının idman proqramına daxil edilib. Muay tay müsabiqədən kənar əlavə edilib. Yəni yoxlanış üçün bizim idmançılar da Tokio-2020-də mübarizə aparacaq. Üstəlik, muay tayın Minskdə baş tutacaq ikinci Avropa Oyunlarında da olacağı gözlənilir. Biz bu idman növünə ikinci nəfəs gətirmək istəyirik. Gələcəkdə ən yaxşı idmançıların K-1-də də çıxış edəcəyi istisna deyil”.

Federasiyasının yeni təyin olunan vitse-prezidenti Tural Bayramov isə yarışın nəticələrinə əsasən milli komandanın formalaşdırılacağını bildirdi: “Qaliblər millinin təlim-məşq toplanışına cəlb olunacaq. Mayda komandamızı Minskdə dünya çempionatı gözləyir. Belarusa ən güclü heyətlə yollanmağı düşünürük. Qarşıda bir sıra planlar var. Muay tayı yeni səviyyəyə yüksəltmək üçün çalışmaz lazım olacaq”.

Həmin kateqoriyadan