Elşən İsmayılov: 2017-ci il Azərbaycan voleybolu üçün çox önəmli bir ildir

Xəbər verdiyimiz kimi, Azərbaycanda ilk dəfə voleybol üzrə orta məktəb bədən tərbiyəsi müəllimlərinin seminarı keçirilir. Allsport.az saytı xəbər verir ki, bu gün Voleybol federasiyasının baş katibi Elşən İsmayılov, seminarın ölkəmizdə keçirilməsinə rəhbərlik edən Nərgiz İsmayılova və “Təhsil”də idman şöbəsinindən Valentina Sultanova seminar iştirakçıları ilə görüşdülər. 30-a yaxın məşqçi və müəllimlərin iştirak etdiyi toplantını Avropa Voleybol Konfederasiyasının “CEV inkişaf mərkəzinin meneceri” Vuk Karanoviç və FİVB məşqçi instruktor Papa Georgeous keçirir.

Elşən İsmayılov öz çıxışında qeyd etdi ki, ilk olaraq burda bizimlə olan hər kəsə Azərbaycan Voleybl Federasiyasının rəhbərliyi adından təşəkkürümü bildirir və uğurlar arzu edirəm. 2017-ci il Azərbaycan üçün ən əsas da voleybol üçün çox önəmli bir ildir. Qarşıda bizləri çox böyük yarışlar gözləyir və mən düşünürəm ki, bu cür seminarlar bizlər üçün çox vacibdir. O, çıxışı zamanı qeyd etdi ki, Bakıda seminar 30 yanvar tarixində sona çatacaq və seminar rəhbərləri Azərbaycanda “2017 voleybol Avropa çempionatının” keçiriləcəyi ən gözəl şəhərlərimizdən biri olan Göygölə yola düşəcəklər. Nəzərinizə çatdıraq ki, Göygöldə də 30- a yaxın Orta məktəb bədən tərbiyəsi müəllimləri iştirak edəcəkdir.

Nərgiz İsmayılova: “Məndə bütün işirakçılara uğurlar arzu edirəm. Sonda bütün iştirakçılar Beynəlxalq sertifikat əldə edəcək. Avropa Voleybol Konfederasiyasına minnətdarlığımızı bildiririk ki, belə böyük bir seminarın keçirilməsi üçün bizlərə şans verib və bu şans ey qaydada gürcüstan üçündə keçərlidir. Azərbaycan seminar bitdikdən sonra seminar gürcüstanda davam edəcək. Onuda qeyd edim ki, bu seminar ilk başlanğıcdır. Qarşıda bizləri sizinlə birgə böyük işlər gözləyir. Çünki, bu seminar 4 müxtəlif mərhələlərdən ibaraətdir. Onu deyə bilərəm ki, sonuncu mərhələ sentyabr ayında keçiriləcək Avropa Çempionatından öncə olacaqdır. Mən düşünürəm ki, biz böyük uğurlara imza atacağıq”.

Valentina Sultanova: “Məndə öz növbəmdə hər kəsə uğurlar arzu edirəm. Biz Təhsil İdman şöbəsi olaraq hər zaman Azərbaycan Voleybol Federasiyası ilə birgə turnirlər və yarışlar keçirmişik. İnanıram ki, artıq bizim birgə görəcəyimiz işlər daha da artacaq və bu il bizim üçün uğurlu bir il olacaq”.

Sonda seminarı idarə edən Vuk  Karanoviç və Papa Georgeous öz sözlərini dedilər: ilk olaraq Azərbaycan Voleybol Federasiyasına təşəkkür edirik ki, bizə seminarı keçirmək üçün hər cür şərait yaradıb.

Vuk  Karanoviç :Voleybol Azərbaycanda populyar idman növüdür. Düşünürəm ki, bizim keçirdiyimiz seminardan sonra voleybola olan sevgi daha da artacaq. Çünki, biz 8-10 yaşlı oğlan və qızlara voleybolu necə sevdirmək və öyrətmək olaraq onu danışacağıq. Bildimiz ki, hər bir iş üçün ən önəmli olan onun bünövrəsidir. Mən düşünürəm ki, idmanın binövrəsidə orta məkəblərdə qoyulmalıdır. Sonada sizlərin alacağınız sertifikatlar sizi gələcəkdə öz oyunçunuza məşqçi menecer olaraq işləməniz üçündə keçərli olacaq.

Papa Georgeous: bizlərə bilirik ki, voleybol nədir. Yalnız onu  necə təbliğ etsək daha çox uğur qazanarıq onu oyrənmək üçün bura toplaşmışıq. Burda yalnız mən yox sizlərdə danışaca və öz təkliflərinizi bildirəcəksiniz. Ola bilər ki, sizin deyəcəkləriniz voleybol üçün uğurlu olacaq.  Ona görə də dərslərimiz dialoq şəklində keçiriləcəkdir. Hər bizinizə uğurlar arzu edirəm.

Seminarı CEV , Milli Olimpiya Komitəsi, Azərbaycan Voleybol Fedearsiyası, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyinin köməkliyi ilə keçirilir.

Həmin kateqoriyadan