Elşad Əhmədov istefaya göndərildi

“Sabah”ın baş məşqçi vəzifəsində dəyişiklik edilib. Allsport.az saytı xəbər verir ki, əsas komandanın baş məşqçisi Elşad Əhmədov bundan sonra klub prezidentinin müşaviri vəzifəsini yerinə yetirəcək. Qərar klub rəhbərliyilə 49 yaşlı mütəxəssis arasında qarşılıqlı razılıq əsasında qəbul olunub.

Onun vəzifəsi müvəqqəti olaraq əvəzedici komandanın baş məşqçisi Rövşən Babayevə tapşırılıb. Yaxın günlərdə klubun müşahidə şurasının növbədənkənar iclası keçiriləcək. Toplantıda son nəticələr müzakirə edilməklə yanaşı, yeni baş məşqçinin təyinatı məsələsinə baxılacaq.

Hazırda “Sabah” 4 oyundan 2 xalla yarış cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Həmin kateqoriyadan