Elşad Əhmədov: 1:1 hesabı bizim üçün qələbəyə bərabərdir

“Sabah”ın baş məşqçisi Elşad Əhmədov ölkə çempionatının 12-ci turunda “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, 48 yaşlı mütəxəssis 1:1 hesabı ilə bitən görüş barədə bunu söyləyib:

“Qarabağ” oyuna diqtə edən tərəf idi. Oyunu əks-hücum üzərində qurmuşduq. İlk hissədə bir qol fürsətimiz oldu ki, onu da dəyərləndirdik. “Qarabağ” güclü komandadı, yaxşı futbolçuları var. Bizə bu komanda ilə oynamaq çətin idi.

Bu gün uşaqlar sona kimi döyüşdülər, meydanda canlarını qoydular. Komandanın müdafiə xəttində göstərdiyi oyundan razı qaldım. Məncə, 1:1 hesabı bizim üçün qələbəyə bərabər nəticədir. “Qarabağ”a qarşıdakı oyunlarda uğurlar arzulayıram”.

Həmin kateqoriyadan