Elşad Əhmədov: Çempionat başlayana qədər çatışmazlıqları aradan qaldırmaq istəyirik

Dünən “Sabah” səhər məşqi ilə Türkiyə toplanışını başa vurub. Allsport.az saytı xəbər verir ki, komanda bu gün Vətənə qayıdıb. Baş məşqçi Elşad Əhmədov hazırlığı dəyərləndirib:

“Təlim-məşq toplanışından öncə planlaşdırdığımız kimi 4 oyun keçirdik. İstərdik ki, 2 Türkiyə, 2 klub da başqa ölkədən olsun. Lakin alınmadı. 4 oyunumuzun hamısını yerli komandalara qarşı keçirdik. Bütün oyunlarımız heç-heçə başa çatdı. İki qarşılaşmada hesabda öndə olsaq da, sonda qələbə hesabını qoruyub saxlaya bilmədik.

Digər oyunlarda isə əksinə oldu. Əsas odur, uşaqlar xarakter nümayiş etdirdilər. Düzdür, çatışmayan cəhətlərimiz var. Çempionatın starına kimi çalışıb, həmin çatışmazlıqları aradan qaldırmaq istəyirik. Əsas fikrimiz avqutun 11-də və ya 12-də baş tutacaq çempionatdakı ilk oyunumuza tam hazır olmaqdı”.

 

Həmin kateqoriyadan