Elşad Əhmədov: İlk hissədə “Neftçi”dən zəif oynamadıq

“Sabah” ölkə çempionatının 24-cü turunda öz meydanında “Neftçi”yə 0:2 uduzub. Allsport.az saytı xəbər verir ki, matçdan sonra debütantın baş məşqçimiz Elşad Əhmədov bunu deyib:

“Oyun barəsində çox danışmaq olar. Qısaca onu deyim ki, birinci hissədə yaxşı oynadıq. Uşaqlar yaxşı mübarizə apardılar. Oyuna ciddi hazırlaşmışdıq. Bu matça kimi “Neftçi”yə qarşı 3 oyun keçirsək də, xal ala bilməmişdik.

İlk hissədə rəqibdən zəif oynamadıq. Lakin ikinci hissə başlayanda 10 nəfərlə qalmağımız işimizi çətinləşdirdi. “Neftçi” kimi komandaya qarşı azlıqda mübarizə aparmaq çətindir. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm”.

Həmin kateqoriyadan