Elşad Əhmədov: İnanıram ki, o, bizim komandanın aparıcı üzvlərindən birinə çevriləcək

Topaz premyer liqasının debütantı “Sumqayıt”dan Cavid İmamverdiyevi heyətinə qatıb. Allsport.az saytı xəbər verir ki, “Sabah”ın baş məşqçi Elşad Əhmədov bu keçidlə bağlı fikrini aşıqlayıb:

“Cavid kimi futbolçuya istənilən komandada ehtiyac var. Hər bir baş məşqçi istəyər ki, onun kimi təcrübəli futbolçuya sahib olsun. Cavid Azərbaycan futbolunda öz sözünü demiş oyunçulardandır.

İnanıram ki, o, bizim komandanın aparıcı üzvlərindən birinə çevriləcək. Cavid həm də, yığmamızın üzvüdür. Ümid edirəm ki, klubumuzda yaxşı çıxışı ilə milliyə dəvət almağa davam edəcək”.

Həmin kateqoriyadan