Elşad Əhmədov: İtkilər oyunda özünü göstərdi

Topaz premyer liqasında 11-ci turunda “Sabah” klubu gözlənilmədən “Səbail”ə 0:4 hesabı ilə uduzub. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra yenik komandanın baş məşqçisi Elşad Əhmədov bunu deyib:

“Qarşılaşma barədə deyiləcək çox şey yoxdu. Ən zəif oyunlarımızdan birini keçirdik. Heyətdə problemlərimiz var idi. Bu, hiss olunurdu. Kərim Diniyevin yoxluğu müdafiənin mərkəzində, Marko Deviçin olmaması isə irəli xətdə özünü göstərirdi.

Elşən Abdullayevlə Məqsəd İsayevin də zədəsi var idi. Düzdür, bu, bəhanə deyil. Sadəcə, itkilər oyunda özünü göstərdi. “Səbail” matça ciddi hazırlaşmışdı. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm”.

Həmin kateqoriyadan