Elşad Əhmədov: Matçın ədalətli nəticəsi elə heç-heçə idi

“Sabah”ın baş məşqçisi Elşad Əhmədov premyer liqasının ilk turunda “Neftçi”yə qarşı oyundan sonra fikrini bölüşüb. Allsport.az saytı xəbər verir ki, o, 1:1 hesabı ilə bitən matçdan sonra mətbuat konfransında bunu söyləyib:

“İlk tur həmişə çətin olur. Bu oyun da istisna olmadı. Bizim üçün doğrudan çətin qarşılaşma oldu. Uşaqlarda bir az da həyəcan var idi. Bu oyunda hər 2 komanda qalib gələ bilərdi.

Fikrimcə, matçın ədalətli nəticəsi elə heç-heçə idi. Qol imkanlarımız olsa da, istifadə edə bilmədik. “Neftçi”nin də fürsətləri oldu. Rəqibə qarşıdakı oyunlarda uğurlar arzulayıram”.

Həmin kateqoriyadan