Elşad Əhmədov: Matçın əvvəlində azlıqda qalsaq da, ruhdan düşmədik

“Sabah”ın baş məşqçisi Elşad Əhmədov səfərdə “Zirə” üzərində 2:0 hesabı qələbədən danışıb. Allsport.az saytı xəbər verir ki, o, gedişatı bu cür dəyərləndirib: 

“Maraqlı oyun keçdi. Matçın əvvəlində azlıqda qalsaq da, futbolçular ruhdan düşmədilər, rəqibi təzyiq altında saxladılar. İkinci hissədə oyunu tam ələ ala bildik.

Hesabı açmağımız futbolçularıma daha çox motivasiya verdi. 90 dəqiqə ərzində rəqibə çox az qol imkanı verdik. Uşaqlar sağ olsunlar, yaxşı mübarizə apardılar. Bütün “Sabah”sevərləri təbrik edirəm”.

Həmin kateqoriyadan