Elşad Əhmədov: “Neftçi” ön xətdə keyfiyyətli futbolçulara malikdir

“Əlincə arena”da “Sabah” ölkə çempionatının lideri “Neftçi”ni qəbul edib. Allsport.az saytı xəbər verir ki, debütantın baş məşqçisi Elşad Əhmədov mətbuat konfransında fikrini bildirib:

“Maraqlı oyun izlədik. Bu görüşdə hər şey var idi:  sarı, qırmızı vərəqələr, qollar, çoxlu qol fürsətləri. Hər 2 komanda qalib gəlmək istəyirdi. İlk hissədə öz səhvimizdən iki qol buraxdıq. “Neftçi” əsasən, ön xətdə keyfiyyətli futbolçulara malikdir. Bu oyunda da qapımız qarşısında əsas təhlükəni məhz həmin futbolçular yaratdı.

İkinci hissədə uşaqlar bacardıqlarını etdilər. Oyuna yaxşı köklənmişdilər, uduzmaq istəmirdilər. İmkanlarımız olsa da, istifadə edə bilmədik. Fikrimcə, bu oyunda bir xal qazana bilərdik”.

Həmin kateqoriyadan