Elşad Əhmədov: Qəbələdən 1 xalla qayıtmaq yaxşı nəticədir

“Sabah”ın baş məşqçisi Elşad Əhmədov ölkə çempionatının 22-ci turunda “Qəbələ”yə qarşı oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, mütəxəssis 0:0 hesabı ilə bitən matçdan razı qalıb:

“Maraqlı oyun keçdi. “Qəbələ”nin bizə qarşı aqressiv oynayacağını gözləyirdik. Rəqib ikinci hissədə daha yaxşı oynadı. Uşaqlara meydanda daha hərəkətli olmağı tapşırmışdım.

Onlar bunun öhdəsindən gəldilər. Oyun epizodlarında bəzi boşluqlarımız var idi. Məncə, Qəbələdən 1 xalla qayıtmaq bizim üçün yaxşı nəticədir”.

Həmin kateqoriyadan