Elşad Şərifov qitə birinciliyində 3-cü yer tutub

Rumıniya paytaxtı Buxarestdə gənc ağırlıqqaldıranların Avropa birinciliyi davam edir. Allsport.az saytı xəbər verir ki, Tokio oyunlarına lisenziyalı yarışda Elşad Şərifov (73 kq) körpücük üzərinə çıxıb.

O, yaşı 23-ə qədər olan azmanların rəqabətində birdən qaldırma hərəkətində 123 kq-ı ram etməklə 7-ci yeri tutub. Həmyerlimiz təkanla hərəkətdə daha yaxşı çıxış edib. O, 160 kq-ı qaldıraraq bürünc medala sahib çıxıb.

Toplam 283 kq (123+160) nəticə ilə yekun sıralamada 4-cü olub.

Həmin kateqoriyadan