Elvin Camalov: İnkişafımda “Qəbələ”nin əməyi böyükdür

“Zirə”nin yeni transferi Elvin Camalov açıqlama verib. Allsport.az saytı yarımmüdafiəçi onu yetişdirən “Qəbələ”yə təşəkkür edib:

“İlk olaraq futbolçu kimi inkişaf etməyimdə əməyi olan “Qəbələ” futbol akademiyasına, məşqçilər korpusuna və klub rəhbərliyinə təşəkkür edirəm. Çox sevinirəm ki, bu komanda ilə Azərbaycan kubokunu qazanıb, titulla ayrıldım.

İndi isə iddialı “Zirə” ilə 2 illik müqavilə bağladığıma görə şadam. Bu komanda ilə yeni uğurlar qazanmağa çalışacam. Karyeramda yeni səhifə açılır. Mənə inanıb dəvət etdiklərinə görə “Zirə”yə təşəkkür edirəm. Bu inamı doğrultmağa çalışacağam”.

Həmin kateqoriyadan