Elvin İsmayılov: “Mübarizlər” son 2 ildə Azərbaycanda çox məşhurlaşıb

“Beynəlxalq səviyyəli ekstremal idman yarışı “Mübarizlər” 30-a yaxın ölkədə təşkil olunur və uğurla keçirilir”. Allsport.az saytı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında bu layihəsinin rəhbəri Elvin İsmayılov deyib. Onun sözünə görə, “Mübarizlər” Azərbaycanda son 2 ildə məşhurlaşan, vətənpərvərliyin artırılmasına dəstək olan idman növlərindəndir:

“Biz yarışların da, iştirakçıların da sayının çox olmasını arzulayırıq. Düşünürük ki, yaxın zamanlarda regionlarımızda da bu yarışı keçirək. Yarışı keçirməkdə məqsəd insanların asudə vaxtlarını sağlam həyat tərzində keçirməkdir.

Ümumi yarışların mərhələlərini də saysaq yarışa 2-3 min iştirakçı qatılır. Bakıda keçirilən yarışlara xarici ölkələrdən də iştirakçılar qatılır. Gələcəkdə Bakıda və regionlarda beynəlxalq tədbirlərin sayının artırılmasını nəzərdə tuturuq”.

Həmin kateqoriyadan