Elvin Məmmədov “kimyagərlər”lə sözləşib

Əfran İsmayılovun ardından “Sumqayıt” daha bir futbolçu ilə müqavilə bağlayıb. Allsport.az saytı xəbər verir ki,  ötən mövsümü “Qəbələ”də keçirən Elvin Məmmədov bundan sonra “kimyaçılar”ın uğuru üçün çalışacaq.

O, “qara-qırmızılar”la (11 oyun, 2 qol) ilə yanaşı, “Turan” (47 oyun, 3 qol), “İnter” (52 oyun, 5 qol), “Qarabağ” (70 oyun, 3 qol), “Bakı” (73 oyun, 3 qol) və “Zirə”də (40 oyun 5 qol) çıxış edib.

2008-ci ildə ilk dəfə əsas milliyə dəvət almış Elvin Məmmədov 37 qarşılaşmada 7 dəfə fərqlənib.

Həmin kateqoriyadan