Elvinlə Albert qalib gəldi, Teymur uduzdu

Qətərdə keçirilən boks üzrə dünya çempionatında 1/8 final mərhələsinə yekun vurulub. Allsport.az xəbər verir ki, ötən gün axşam proqramında 3 boksçumuz rinqə çıxıb.

Əvvəlcə Elvin Məmişzadə (52 kq) Avropa Oyunlarında məğlub etdiyi Hamza Toubayla (Almaniya) üz-üzə gəlib. Boksçumuz bu dəfə də rəqibinə heç bir şans verməyərək, inamlı qələbə qazanıb – 3:0. Məmişzadə 1/4 finalda Böyük Britaniya nümayəndəsi Məhəmməd Əli ilə qarşılaşacaq. Həmin görüş sabah axşam proqramında olacaq.

Dünya və Avropa çempionu Albert Səlimov da (60 kq) 1/4 final mərhələsinə vəsiqə qazanıb. Millimizin üzvü 1/8 finalda irlandiyalı Sean Makkombla görüşdə çətinliklə də olsa qalib gəlib – 2:1. Səlimov sabah axşam proqramında fransalı Sofian Oumiha ilə qarşılaşacaq.

Təssüff ki, Teymur Məmmədov ümidləri doğrultmayıb. Olimpiya oyunlarının mükafatçısı rusiyalı Pavel Silyaginlə döyüşdən məğlub ayrılıb. Halbuki Məmmədov bu boksçusu Avropa Oyunlarında üstələmişdi.

Həmin kateqoriyadan