Elxam Məmmədovun milyonluq yararsız futbolçusu yenə qovulur

İspaniyanın “Alkorkon” klubu milli futbolçu Eddi İsrafilovdan ayıracaq. Allsport.az saytı xəbər verir ki, yeni baş məşqçisi Kristobal Parralo 26 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlı deyil.
O bu ilin yanvarında “Ximnastik”də “Alkorkon”a keçib. Daha əvvəllər İspaniyanın “Kadis”, “Mursiya”, “Qranada”, “Eybar” və “Kordoba” komandalarında da çıxış edib.
Millimizdə cəmi 8 matçda fürsət alan Eddi, burada da özünü doğrultmayıb. Tez-tez klub dəyişən, heç yerdə möhkəmlənə bilməyən və adı daim qalmaqalda səslənən yarımmüdafiəçinin səviyyəsi göz önündədir. AFFA-nın baş katibi Elxan Məmmədov SOCAR-a onun yığmaya gəlişi üçün 1 milyon dollara yaxın vəsait ödətdirdiyi söylənilir.

Həmin kateqoriyadan