Elxan Məmmədov: APOEL üzərində qələbə Azərbaycan üçün çox vacib nailiyyətdir

Qarabağ”ımız çempionlar liqasının 3-cü ələməsinin ilk matçında Kiprdə APOEL-i 2:1 yenib. Allsport.az saytı xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədov da oyunu stadiondan izləyib:

“APOEL üzərində qələbə “Qarabağ” üçün, ümumilikdə Azərbaycan futbolu üçün çox vacib nailiyyətdir. Qələbə münasibəti ilə “Qarabağ” klubunu təbrik edirəm, amma heç bir halda arxaynlaşmaq olmaz. Cavab oyununa çox ciddi hazırlaşmaq lazımdır, təbii ki, mərhələni keçmək üçün hər iki oyunda qələbə qazanmaq vacibdir.

Ümid edirəm və inanıram ki, “Qarabağ” Bakıda doğma azarkeşləri qarşısında da səfərdə olduğu kimi yüksək keyfiyyətli oyun göstərərək növbəti mərhələyə vəsiqəni təmin edəcək. Bir daha bütün “Qarabağ”lıları təbrik edirəm”.

Həmin kateqoriyadan