Elxan Məmmədov: Avropa Oyunlarında məsuliyyətimiz böyükdür

«Hələ yüksək fiziki hazırlıq səviyyəsinə çatmamışam»

İlk və hələlik yeganə dünya çempionu Elxan Məmmədov (100 kq) «Attila» Cüdo Klubunun saytına müsahibə verib. Allsport.az saytının məlumatına görə, maraqlı söhbətdə, titullu idmançımızqarşıdakı planlarını açıqlayıb.

– 2015-ci ilə hansı məqsədlərlə başlamısınız?
– Cari mövsüm mənə və komandamız üçün çox vacib sayılır. İlk dəfə olaraq ölkədə Avropa Oyunları keçiriləcək. Adı çəkilən mötəbər yarışın ciddiliyini başa düşürəm. Bu üzdən məsuliyyət ikiqat artıb.

Sizin iştirak etdiyiniz Düsseldorf qranpri turnirində dünyanın güclü cüdoçuları toplaşmışdı. Həmin sınaqdan götürdünüz, hansı nəticəni çıxardınız?
– Bəli, mövsümün ilk ən səviyyəli yarışı bu Almaniya şəhərində baş tutdu. Həmin yarış və sonra təşkil olunan təlim-məşq toplanışı bir daha onu göstərdi ki, dünya cüdosu yerində saymır. Əksinə, günü-gündən inkişafdadır. Bu sınaq bizə çox faydalı oldu.

Elxan, xeyli yarış təcrübəniz var. Düsseldorf dakı çıxışınızdan hansı nəticə çıxardınız?
– İlk növbədə, son hazırlıq səviyyəmi qiymətləndlirim. Müəyyən irəliləyişlər və geriləmələr var. Müsbət məqam odur ki, zədədən sonra özümə gəlirəm, açıq mübarizəyə girişirəm. Mənfi hal isə, hələ yüksək fiziki hazırlıq səviyyəsinə çatmamışam.

Ali təhsil almağınızda vəziyyət necədir?
– Mən Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasının 3-cü kurs tələbəsiyəm. Məşqlə paralel, ali bilgi almaq və yarışlarda iştirak etmək asan deyil. Sağ olsunlar, müəllimlərim müəyyən köməkliyi göstərirlər. Bu, mənim ikinci peşəmdir.

Sizin çəkidən gərgin rəqabət var. Mövqeyinizi möhkəmləndirib, Rio Olimpiadasına vəsiqə almaq üçün hansı strategiyanı seçmisiniz?
– İndiki durumda, dünya reytinqində 4-cü yerdəyəm. Bu, püşatmada güclü idmançılarla bir cərgəyə düşməməyimə şərait yaradır. Mənim hədəfim sıralamada daha irəliləyib, Rio-2016-ya optimal formada yollanmaqdır.

 

Həmin kateqoriyadan