Elxan Məmmədov: “İcraiyyə komitəsinin qərarı olmadan hər hansı fikir bildirmək düzgün deyil”

2019-cu ildə çempionlar və Avropa liqalarının final oyunlarının Bakı olimpiya stadionunda keçirilməsi ilə bağlı AFFA-nın UEFA-ya müraciəti ilə bağlı qərar icraiyyə komitəsinin sabah keçiriləcək iclasında qəbul olunacaq. Allsport.az saytı xəbər verir ki, bu barədə baş katib Elxan Məmmədov affa.az-a açıqlama verib:

“Prosedur qaydalarına uyğun olaraq, AFFA tərəfindən bütün tender sənədləri hazırlanaraq, UEFA-ya təqdim olunub. Sentyabrın 5-də isə AFFA-nın prezidenti Rövnəq Abdullayevin rəhbərliyi ilə UEFA-nın mənzil qərargahında Bakı şəhərinin final oyunlarına namizədliyi ilə bağlı hazırlanmış xüsusi prezentasiya təqdim olunub.

Bu gün isə UEFA-nın Yuksək İdarə Heyətinin iclası (TEP) keçirilir. Görüşdə AFFA prezidenti Rövnəq Abdullayev və vitse-prezident Elşad Nəsirovla birlikdə iştirak edirik. Sabah isə UEFA-nın Cenevrə şəhərində icraiyyə komitəsinin növbədənkənar iclası keçiriləcək və qeyd olunan turnirlərin final oyunlarını təşkil edəcək ölkələrin adları açıqlanacaq. Lakin buna baxmayaraq, bəzi KİV-də qərarla bağlı müxtəlif məlumatlar yazılır. Qeyd etmək istərdik ki, icraiyyə komitəsinin qərarı olmadan bu barədə hər hansı fikir bildirmək düzgün deyil”.

Həmin kateqoriyadan