Elxan Məmmədov: İmkanlı şəxslər gəlirlərin 10 faizini futbola sərf etsələr, vergidən azad olunacaqlar

“AFFA icraiyyə komitəsinin hər iclasında klubların sayı müzakirə olunur. Biz də istəyirik ki, minimum 10 komanda olsun. Amma hər şey bizdən asılı deyil. 1-ci divizion və premyer liqa klublarından bəziləri AFFA ilə SOCAR vasitəsilə maliyyələşir. Lisenziyalaşdırma prosesinin gedişini izləyəcək və mövsümün sonunda neçəsinin hazır olduğuna baxacağıq”.

Allsport.az saytı xəbər verir ki, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib. Onun sözünə görə görə, apreldə təşkili nəzərdə tutulan vergilərlə bağlı konfransa UEFA nümayəndəsi də dəvət olunacaq:

“Toplantıda yerli və xarici şirkətlərin iştirakı nəzərdə tutulub. Vergilər nazirliyinin güzəştlərindən futbolda da yararlanmaq istəyi diqqətə çatdırılıb. İmkanlı şəxslər gəlirlərin 10 faizini futbola sərf etsələr, vergidən azad olunacaqlar. Əvvəllər belə imkan yox idi. İndi isə bu dəyişiklikdən sonra əlavə mənbələrin gəlişi imkanı olacaq”.

Həmin kateqoriyadan