Elxan Məmmədov “Leaders in sport” sammitində

Londonun “Stanford Bridge” stadionunda “Leaders in sport” sammiti keçirilir.  Allsport.az saytı xəbər verir ki, tədbirdə müxtəlif idman növləri üzrə dünyanın bir çox ölkələrini təmsil edən federasiyaların rəsmiləri ilə yanaşı idmana bu və ya digər şəkildə bağlılığı olan tanınmış şirkət və təşkilatların təmsilçiləri də iştirak edirlər.

2019-cu ildə Bakıda təşkil olunacaq Avropa liqasının final görüşünün yerli təşkilat komitəsinin üzvləri də sammitdə təmsil olunur. Nümayəndə heyətinin rəhbəri, AFFA-nın baş katibi Elxan Məmmədov sammitdə bir sıra rəsmi şəxslərlə işgüzar görüşlər keçirib.

Həmin kateqoriyadan