Elxan Məmmədov Məşqçilər Komitəsi ilə görüşüb

Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov Məşqçilər Komitəsi ilə görüşüb. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki və texniki direktor Bernard Lippertin də iştirak etdiyi görüşdə 1998, 1999, 2000 və 2001-ci il təvəllüdlü futbolçuların perspektivi, inkişaf prosesinin düzgün istiqamətləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin U-17 Avropa çempionatı Azərbaycan-2016 turnirindəki çıxışı müzakirə olunub. Görüş iştirakçıları yığmanın qarşısına qoyulan məqsədin əldə olunmamasına baxmayaraq, qrup mərhələsinin son iki oyununda qazanılmış nəticənin qənaətbəxş olduğunu bildiriblər.

Qeyd edək ki, komandamız Avropa çempionatında qrup mərhələsini 4 xalla 3-cü pillədə başa vurub.

Həmin kateqoriyadan