Elxan Məmmədov seçki platformasını təqdim edib

AFFA-nın baş katibi Avropanın bir neçə milli futbol asosiasiyasının rəhbərlərinə öz seçki platformasını təqdim edib. Allsport..az saytı xəbər verir ki, Skandinaviya və Baltik ölkələrinin təşəbbüsü ilə Danimarkanın paytaxtı Kopenhagendə UEFA icraiyyə komitəsinə namizədlərlə görüş keçirilib.

Tədbirdə 13 namizəddən Elxan Məmmədov da daxil olmaqla 7 talib iştirak edib. Onlar ayrılıqda Danimarka, Estoniya, Farer adaları, İslandiya, Latviya, Norveç və İsveç milli futbol asosiasiyalarının rəhbərlərinə öz seçki platformalarını təqdim ediblər və sualları cavablandırıblar.

Həmin kateqoriyadan